Məşhur pambıqçı haqqında film çəkildi

Məşhur pambıqçı haqqında film çəkildi
13 sentyabr 2019
# 14:20

ARB " Aranfilm " Yaradıcılıq Mərkəzi Sosialist Əməyi Qəhrəmanı, 2 dəfə " Lenin " ordeni ilə təltif olunmuş pambıqçı Suğra Mədətovaya həsr etdiyi sənədli filmin çəkilişlərini yekunlaşdırıb.

Studiyadan Kulis.az-a verilən xəbərə görə, filmin ssenari müəlifi və rejissoru Yeganə Əbdülməmmədova, operatoru Rafiq Əliyev,filmin direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Suğra Mədətova 1940-cı ildə Ağcabədidə doğuıub. 1957-ci ildən kolxozda işləyib. Ümumittifaq sosialist yarışllarındakı uğurlarına, əmək məhsuldarlığına görə fəxri adlara və mükafatlara layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsüdür.

# 2409 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #