Məşhur pianoçu Bakıda konsert verəcək

Məşhur pianoçu Bakıda konsert verəcək
5 avqust 2019
# 11:47

Tanınmış rusiyalı məşhur pianoçu, beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevski Bakıda konsert proqramı ilə çıxış edəcək.

Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsert proqramı Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

İfaçı konsertdə dahi bəstəkarlar Frederik Şopen, İohannes Brams, Edvard Qriq və Qriqori Qinzburqun əsərlərini səsləndirəcək. /azertag.az/

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

# # #