Yüzilliyin ən yaxşı aktyoru vəfat etdi

Yüzilliyin ən yaxşı aktyoru vəfat etdi
25 iyul 2019
# 11:05

Məşhur kino ulduzu, hollandiyalı aktyor Rutqer Hauer vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor Niderlandda, ağır xəstəlikdən sonra 75 yaşında vəfat edib.

Rutqer Hauerə dünya şöhrəti gətirən film Ridli Skotun “Ülgüc üzərində qaçış” filmidir. 60-cı illərin sonunda kino karyerasına başlayan Hauer “Sobibordan qaçış” d ki roluna görə “Qızıl qlobus” mükafatına layiq görülmüşdü. 1999-cu ildə isə Niderlandda “Yüzilliyin ən yaxşı aktyoru” adını qazanmışdı. Hauer həm də rejissor Pol Verhovenlə əməkdaşlığı ilə kinoda iz buraxmışdı. Kinoda “Günahlar şəhəri”, “Səmanın qapısını döyərək”, “Əcdadların harayı”, “Yolçu” filmləri ilə də şöhrət qazanmışdı.

# 1651 dəfə oxunub

Müəllifin son yazıları

# # #