Elza İbrahimova haqqında film çəkilir

Elza İbrahimova haqqında film çəkilir
18 iyun 2019
# 16:25

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi böyük bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti mərhum Elza İbrahimova haqqında sənədli filmin çəkilişlərinə başlayıb.

Kulis.az-ın verdiyi xəbərə görə, bəstəkarın mahnılarından “Bilməzdim”, “Gəl barışaq”, “Bu bağçadan keçmisən” , “ O gözlər” filmin süjet xəttini təşkil edəcək.

Musiqili-sənədli filmdə Pantomim Teatrının aktyorlarından Bəhruz Vaqifoğlu, Leyla Atayeva, eyni zamanda tanqo ifaçıları Əlimərdan Əliyev, Lenay Seyidəlizadə, rəssam Naqiyə Rzayeva, kinoşünas Aygün Aslanlı iştirak edirlər.

Filmin ssenari müəllifi Yasəmən Quliyeva, Rejissoru və operatoru Anar Seyidov, İcraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

# 1857 dəfə oxunub

Müəllifin son yazıları

# # #