Uşaqlar üçün yeni macəra kitabı gəlir

Uşaqlar üçün yeni macəra kitabı gəlir
10 aprel 2019
# 14:03

Yazıçı Reyhan Yusifqızının uşaqlar üçün yeni macəra kitabı nəşr olunub.

Kulis.az məlumat verən müəllif bildirib ki, kitab “Uzaq planetin sirri” adlanır: “Uzaq X planetindəki həyat və süni zəka – insan qarşıdurmasından bəhs edir. Robotun hissləri varmı? Robot əsl dost ola bilərmi? Yaxın gələcəkdə bizi nələr gözləyir?”

Yazarın dediyinə görə, müasir uşaqlar bu və ya digər suallara bu kitabda cavab tapacaqlar.

Qeyd edək ki, “Uzaq planetin sirri” elmi-fantastik trilogiyanın üçüncü kitabıdır. Bundan əvvəl iki kitab işıq üzü görüb: “Yaşıl gözlü qız”, “Zamanın əsirləri”

# 2750 dəfə oxunub

Müəllifin son yazıları

# # #