Tanınmış şairin anım günü keçirilib

Tanınmış şairin anım günü keçirilib
12 iyul 2018
# 16:40

Bu gün görkəmli Azərbaycan şairi Hüseyn Kürdoğlunun dünyadan köçdüyü gündür.

Bu münasibətlə “Söz qonağı” Ədəbi Məclisininn üzvləri tərəfindən şairin Xırdalan qəbiristanlığındakı qəbri ziyarət edilmiş, şairin və həyat yoldaşının məzarları üstünə tər qərənfillər düzülmüşdür.

Axundun Quran oxumasından sonra “Söz qonağı” Ədəbi Məclisinin rəhbəri İlham Qəhrəman H.Kürdoğlunun yaradıcılığının məziyyətlərindən, şeirlərindəki bədii dil xüsusiyyətlərindən danışmışdır. O anım tədbirinin həm də xalq arasında deyildiyi kimi “qəbir üstə çıxmaq” adətimizə bir hörmət əlaməti olduğunu vurğulamışdır.

Bundan sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səslənmişdir.

İlham Qəhrəman isə şairin yurd həsrətli “Qalmadı” şeirini oxumuşdur.

Şairin qardaşı, professor Şirindil Alışanov, oğlu Nasir, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli və laçınlı ziyalı Yasir Cabbarov da tədbirə qatılanlar arasında olublar.

# 1689 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #