Fərid Hüseynin Amerikada kitabı çıxıb

Fərid Hüseynin Amerikada kitabı çıxıb
7 noyabr 2017
# 17:34

Tanınmış şair, esseist Fərid Hüseynin Amerikada kitabı çap olunub.

Kulis.azın verdiyi məlumata görə, Amerikanın “Mundus Artroom Press” nəşriyyatında çapdan çıxan kitabın adı "Kəpənək dərsi" (“Studying a butterfly”) adlanır.

Şeirlər kitabını Azərbaycan dilindən ingilis dilinə professor, mütərcim Cavanşir Yusifli tərcümə edib, nəşrin redaktoru tanınmış şair “BookMan Prize” laureatı Gjeke Marinajdır.

Kitab Amerikada "Mundrus Atrium" adlı beynəlxalq ədəbiyyat və incəsənət jurnalının rəhbəri, Riçard Universitetinin müəllimi G.Marinajın təşəbbüsü ilə işıq üzü görüb.

# 1266 dəfə oxunub

Müəllifin son yazıları

# # #