Bakıda litvalı rejissorla görüş olacaq

Bakıda litvalı rejissorla görüş olacaq
16 oktyabr 2017
# 15:17

Oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin Kulis.az-a verdiyi məlumata görə, görüş çərçivəsində rejissorun yeni - “Buzlaqlarda qadın” məşhur filmi nümayiş olunacaq.

Görüş İttifaqla Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

# 1043 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #