Pulitzer mükafatının qalibləri bilindi

Pulitzer mükafatının qalibləri bilindi
12 aprel 2017
# 10:59

Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində 101-ci Pulitzer mükafatının qaliblərinin elan olunması mərasimi keçirilib. Kulis.azın rus mətbuatına əsasən verdiyi məlumata görə ən yaxşı bədii kitab nominasiyasında mükafat Kolson Uaythedin “Yeraltı dəmir yolu” (“The Underground Railroad”) kitabına verilib.

Uaythedin “Yeraltı dəmir yolu” romanı “New York Times” qəzetinin bestseller siyahısında yer alırdı.

Ən yaxşı şeir nominasiyasının qalibi isə Tayhimbi Cessin “Olio” (“Olio”) kitabı olub. Cess ö yaradıcılığında Amerika cazını, klassik poeziyanı, Vətəndaş və Birinci dünya müharibələrində iştirak edən afroamerikan əsgərlərin mahnılarını birləşdirir.

Ən yaxşı dram əsərinə görə mükafatı isə “Tər” (“Sweat”) əsərinə görə Linn Nottec alıb.

“Non-fikşn” nominasiyasında ən yaxşı kitab sosioloq Mettyu Desmondun “Məcburi köçkünlər: Amerika şəhərlərində yoxsulluq və gəlir” (“Evicted: Poverty and Profit in the American City”) əsəri alıb.

Ən yaxşı bioqrafiya kitabı nominasiyasında mükafatı Liviya yazıçısı Hişam Matarın “Qayıdış” (“The Return”) əsəri qazanıb.

Laureatların hər birinə 15 min dollar veriləcək.

Mükafat 1917-ci ildən verilir. Müxtəlif illərdə onun sahibləri arasında Ernest Heminquey, Marqaret Mitçell, Harper Li, Toni Morrison, Con Apdayk, Tennesi Uilyams kimi Amerika klassikləri olub.

# 983 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #