Yeni ədəbiyyat jurnalı çıxdı: "Ustad"

Yeni ədəbiyyat jurnalı çıxdı: "Ustad"
25 fevral 2016
# 13:39

Fevralın 27-də Kitabevim.az kitab marketində “Hədəf Nəşrləri”nin təsis etdiyi “Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayının təqdimatı keçiriləcək.

Ayda bir dəfə çap olunması planlaşdırılan dərgidə kino, teatr, musiqi və sənətin digər sahələrində məqalələr, araşdırmalar, həmçinin yeni əsərlər yayımlanır. Dərginin baş redaktoru Şəmil Sadiq, redaktoru isə Nərgiz Cabbarlıdır.

“Ustad”ın ilk sayında İsa Həbibbəylinin “Ustadlığa doğru”, Nizami Cəfərovun “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Qan Turalının “Ustad”, Elxan Nəcəfovun “Sufilikdən bir az” məqalələri dərc edilib.

Bununla yanaşı, Nərgiz Cabbarlının Rübabə Muradova haqqında “Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu”, Şəmil Sadiqin “Türk hökmdarlarının sözü və qılıncı”, Dilqəm Əhmədin “Kəmalüddövlə tvitləri”, Salvador Dali“Rənglərin söhbəti”, Fərid Hüseynlinin “Cizgi roman nədir“, Səma Fuadqızının İtkin düşmüş “Köpək” araşdırma və təhlil yazıları dərgidə yer alıb.

“Ustad”ın ilk sayının ədəbiyyat bölümündə Aslan Quliyevin “Gülümsəyən qız”, Kənan Hacının “Siçovullar üçün darıxan gəmi”, Müşfiq XANın “naŞİR”, Cəlil Cavanşirin “Əyyubun səbri”, Azad Qaradərəlinin “Tanış olmayan yazı” yeni hekayələri, Andre Moruadan “Yaşamaq elmi haqqında gənc dostuma məktub”, Haruki Murakamidən “Yeddinci adam”, Viktorin Orinin “Diş ağrısı, yaxud zavallı Matoren” yeni tərcümələr; Məmməd ArifŞahmar Əkbərzadənin “Səməd Vurğun haqqında dərc olunmamış xatirələr”, Elxan Zalın “Böyük çölün böyük oğlu”, Rəsmiyyə Sabirin yeni şeirləri, Vidadi Babanlı ilə müsahibə – “Mən sovet dövrünün yazıçısıyam!” yazıları çap edilib.

# 1319 dəfə oxunub

Müəllifin son yazıları

# # #