Mübariz Örənin Fransada romanı çıxır

Mübariz Örənin Fransada romanı çıxır
17 noyabr 2019
# 14:32

Yazıçı Mübariz Örənin "Sodomor" (Ağ buludlar) romanının fransız dilinə tərcüməsi başa çatıb.

Bu barədə kulis.aza romanı nəşr edən "Kəpəz" nəşriyyatının rəhbəri Nicat Kazımov məlumat verib.

O qeyd edib ki, roman artıq redaktəyə təhvil verilib: "2020-ci il Fransada Azərbaycanın müasir yazıçılarının tanınması ilə yadda qalacaq! Buna əminəm! Kəpəz nəşriyyatının hədəfi, müasir yazıçılarımızı tanıtmaqla yanaşı, mütləq onlara nüfuzlu mükafat qazandırmaqdır. Gec və ya tez! Mütləq bu baş tutacaq!"

Xatırladaq ki, 2020-ci ildə Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" və Sahilə Yayanın "Şeyx" romanları da işıq üzü görəcək.

# 1905 dəfə oxunub

Müəllifin son yazıları

# # #