Bu yazıçıların imza günü keçiriləcək

Bu yazıçıların imza günü keçiriləcək
18 sentyabr 2019
# 14:47

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir neçə yazıçının imza günü keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixində Bakı İdman Sarayında keçiriləcək ​yarmarkada nəşriyyat-poliqrafiya müəssisələrinin, kitab evlərinin çap məhsullarının nümayişi və satışı baş tutacaq. Həmçinin yarmarkada imza günləri də baş tutacaq.

Sentyabrın 28-də “Qanun” nəşriyyatının nümayiş satış guşəsində şair İlham Qəhrəmanın “Şairin vətəni sevgidir” (saat 11.00) şeir kitabının, yazıçı Pərviz Cəbrayılın “Məryəm surəsi” romanının (saat 14.30) imza mərasimi keçiriləcək.

Yazıçı Şərif Ağayarın “Ağ göl” romanının imza mərasimi isə sentyabrın 29-da, saat 15.30 da eyni guşədə baş tutacaq.

Xatırladaq ki, ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəstdir.

# 1950 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #