APA TV daha bir verilişinin anonsunu təqdim edib.
APA-nın xəbərinə görə, “Aparalel” verilişinin aparıcısı tanınmış jurnalist İlqar Əlfioğlu olacaq.
Verilişdə cəmiyyəti narahat edən ictimai-siyasi mövzular və gündəmlə bağlı məsələlər müzakirə olunacaq. Paralel xətlər həyatda kəsişməsə də, “Aparalel” paralel düşüncələri yaxınlaşdırmağa çalışacaq.