Notr-Dam kilsəsi yenidən çökə bilər

Notr-Dam kilsəsi yenidən çökə bilər
16 avqust 2019
# 18:31

Fransanın Mədəniyyət Nazirliyi bəyan edib ki, Parisin Notr-Dam kilsəsinin yenidən çökməsi təhlükəsi mövcuddur.

Nazirliyin məlumatında deyilir ki, şəhərdə anormal istilər üzündən kilsənin nefinin tağlarından konstruksiyalar qopub düşməyə başlayıb.

İdarədən onu da bildiriblər ki, yanğından sonra Notr-Damda bərpa işləri hələ aparılmayıb, hazırda kilsənin uçmasının dayandırılması istiqamətində işlər görülür.

Aprelin 15-də Notr-Dam kilsəsində yanğının tüğyan etməsi nəticəsində onun dam örtüyünün üçdəiki hissəsi uçub, qotik üslublu şpil tamamilə yanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ehtiyatsızlıqdan ziyan vurma barəsində işi araşdırırlar. İlkin versiyaya görə, alovlanmaya bərpa işləri zamanı ehtiyatsızlıq səbəb olub. /azertag.az/

# 1702 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #