Bakıda Puşkinin ad günü qeyd olunub

Bakıda Puşkinin ad günü qeyd olunub
6 iyun 2018
# 11:48

Böyük rus yazıçısı və şairi Aleksandr Sergeyeviç Puşkinin 219 illiyi ilə bağlı onun Bakıdakı abidəsi önündə mərasim keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin, "Sodrujestvo" cəmiyyətinin nümayəndələri iştirak edib. Tədbirin açılışında çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov bildirib ki, 6 iyun BMT Baş Asaambleyası tərəfindən “Rus dili günü” elan olunub: "Bu gün bütün dünyada “Rus dili günü” kimi qeyd olunur. Rusca dünyada ən çox yayılmış 10 dildən biridir. Bu dildə 300 milyondan çox adam danışır. Rus dili mədəniyyət, incəsənət dilidir. Dünyada özünə hörmət edən insanlar rus klassikasını tanıyırlar. Burada isə ilk yerdə Aleksandr Puşkin və onun yaradıcılığı dayanır. Onun şeirləri, əsərləri bütün dünya uşaqlarına tanışdır. Onu oxuyurlar, tərcümə edirlər".

Daha sonra Səbail rayon orta məktəblərinin şagirdləri Puşkinin şeirlərini səsləndirib, əsərlərini səhnələşdiriblər.

# 1116 dəfə oxunub

Müəllifin son yazıları

# # #