Da Vinçinin əsər saxta çıxdı

Da Vinçinin əsər saxta çıxdı
20 noyabr 2017
# 10:24

Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsərinin saxta olduğu haqda xəbərlər yayılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Britaniya nəşriyyatı The Telegraph əsərin həqiqi olmasını şübhə altına alan 4 arqument gətirib.

Əsər 1500-cü ildə çəkilib, bu zamansa 48 yaş olan da Vinçi işığın sınması və optik illüziyalarla məşğul idi. İsa Məsihin əlindəki billur kürə real təsvir olunmayıb, fiqurun arxasındakı obyektlər orada əks olunmayıb.

İkinci arqument İsanın anfasdan çəkilməsidir, Da vinçinin o biri əsərlərində isə personajlar mürəkkəb pozada çəkilir.

Üçüncü arqument tablonun tarixçəsi ilə bağlıdır. Onun auksiona qədər kimlərdə olması tablonun həqiqiliyini kölgə altına salır.

Dördüncü arqumentsə onun restavrasiya olunmasıdır. Onu bərpa ediblərsə də, o qədər əlavələr olunub ki, orada da Vinçinin fırçasından demək olar ki heç nə qalmayıb.

Xatırladaq ki, müəllifinin Leonardo da Vinçi olduğu deyilən tablo noyabrın 16-da Nyu-Yorkda 400 milyon dollara satılıb. Bu, indiyədək incəsənət əsərinə verilən ən böyük məbləğ kimi rekord olub.

# 1337 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #