Azad Qaradərəlinin imza günü olacaq

Azad Qaradərəlinin imza günü olacaq
25 sentyabr 2017
# 12:31

Beynəlxalq Kitab festivalı çərçivəsində Azad Qaradərəlinin imza günü keçiriləcək. Kulis.azın məlumatına görə imza günü sentyabrın 28-də, saat 15:30-dan 16:30-a kimi baş tutacaq.

Müəllif “Kuma-Manıç çökəkliyi” romanını, habelə İstanbulda yenicə çapdan çıxmış “Süd gölü” hekayələr toplusunu oxucular üçün imzalayacaq. Müəllif Orxan Qaravəlinin iştirakı ilə Azad Qaradərəlinin türkcədən çevirdiyi “Tanıdığım Nazim Hikmət” kitabı da kitabsevərlərə təqdim olunacaq.

Xatırladaq ki, 28-30 sentyabr 2017-ci il tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası keçiriləcək.

# 1589 dəfə oxunub

Müəllifin son yazıları

# # #