"Nabat" Tripolidə ən yaxşı film oldu

"Nabat" Tripolidə ən yaxşı film oldu
15 may 2015
# 15:53

Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun «Nabat» filmi «Ən yaxşı tammetrajlı bədii film» mükafatına layiq görülüb. Bu barədə Kulisə "Azərbaycanfilm"dən xəbər verilib.

Mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna təşrif buyurub.

Mükafatı qəbul edərkən Azərbaycanfilm kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkürünü edərək festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib.

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

# # #