Rasim Ocaqov təqaüdü təqdim olunub

Rasim Ocaqov təqaüdü təqdim olunub
7 oktyabr 2019
# 18:01

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

İttifaqdan kulis.az-a verilən xəbərə görə, Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor Rasim Ocaqovun adına təsis edilən xüsusi təqaüd yeni tədris ili üçünAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

Təqaüdə ittifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan 4-cü kurs tələbəsi Yusifova Nərgiz Sadıx qızı layiq görülüb.

# 2597 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #