Eks sevgilinin adı, aforizm, söyüş... - Məşhurların döymələri və tarixçələri

Eks sevgilinin adı, aforizm, söyüş... - Məşhurların döymələri və tarixçələri
25 iyul 2019
# 17:35

Döymənin tarixi qədimdir və zamanında döymələr tamam başqa mənalar daşıyırdı. Dövrümüzdəsə insanlar döyməni onlara təsiri etdiyi üçün, nəyisə xatırlamaq istədikləri ya da ümumiyyətlə xoşladıqları üçün bədənində gəzdirirlər.

Kulis.az tanınmışların bədənlərindəki döymələri təqdim edir.

1. Conni Depp sinəsinə qızının adını döydürüb. “Lili Rouz” yazısı aktyorun ürəyinin üstündədir. Bu yəqin ki, aktyorun dəyişməyəcəyi tatudur. Bir başqa döyməsi isə Depp dəyişdirməyə məcbur olub. Belə ki, o, Vaynona Rayderlə sevgili olanda qoluna döydürdüyü “Vinona forever” (Vaynona əbədidir) döyməsini ayrılıqdan sonra “Vine forever” (Çaxır əbədidir) yazısına dəyişib.

Conni digər qolunu isə ədəbiyyata “həsr edib”. O bu qoluna Ceyms Coysun “Rəssamın gənclik portreti” əsərindən “Susqunluq hiyləgərliyi qovmaqdır” (“Silence exile cunning”) sitatını döydürüb.

2. Boksçu Məhəmməd Əlinin döyməsi ilə necə deyərlər tam onluğa vurub. Üzündəki naxışın sadə bir açıqlaması var: “Üzümdən xoşum gəlmirdi. Onu beləcə bəzəməklə özümə bəyəndirdim”

3. Ancelina Coli qoluna Tennesi Uilyamsın pyesindən “Dualarım qəfəslərdə saxlanan vəhşi ruhlar üçündür” sətrini döydürüb. Döymələri çox sevən aktrisanın bədənində Çörçilin sitatını da, sanskrit dilində yazı da tapmaq olar. 40 dan çox tatuirovkası olan Colinin tatu ənənəsi belə var: sevdiyi kişilərin adını bədəninə döydürən aktrisa hər ayrılıqdan sonra onu silməli olur.

4. Meqan Foksın isə çiynindən aşağıda Şekspirin “Kral Lir”indən bu misralar döyülüb: “We will all laugh at gilded butterflies”.

5. Barmaqlarının üstünə “Fuck” yazısını döydürən rejissor Lars Fon Trier: “Bu, orta yaş böhranının nişanəsidir. “Qaçaq hindu” filminin qəhrəmanı Viqqo Mortensonun belə bir döyməsi var. Mənim çox xoşuma gəldi və döydürdüm. Bilmirəm nə mənaya yozulur, amma məncə əladır. Təsəvvür edin, tabutda uzanmısan, barmaqlarının üstündə də “Fuck”... deyir.

6. Aktrisa Meloni Qriffitin qolunda kinoulduz Antonio Banderasla sevgili olmaqlarının 4 illiyinə həsr olunan döymə var. 18 illik nikah pozulduqdan sonra isə aktrisa Antonio sözünü silməli olub.

7. Müğənni Riannanın bədənində döymə çoxdur. Amma yəqin ki, ən anlamlısı sinəsinə güzgüyə baxanda düz oxuya bilsin deyə tərsinə yazdırdığı “Məğlubiyyət deyil, dərs”” döyməsidir.

8. Aktrisa Cenifer Einston 2011-ci ildə ölən iti Normanın adını döymə ilə əbədiləşdirməyə qərara alıb.

9. Harry Potterin pərəstişkarı Hazal Kaya kitabda adı keçən bir simvolu bədənində döydürüb..

10. Türk aktyoru və model Kıvanç Tatlıtuğ qoluna ingilis dilində “Yalnız Allah mühakimə edə bilər” mənasına gələn yazını döydürüb.

11. Bədənində ən az 19 döyməsi olan Ledi Qaqa filosof Rayner Mariya Rilkenin məktubundan bir cümləni qoluna yazdırıb: “Gecənin ən qaranlıq saatında etiraf edin: yaratmaq qadağan olunarsa ölərmisiniz? Cavabdan sonra əlinizi ürəyinizin üstünə qoyub özünüzə sual verin: mən yaratmalıyammı?”

# 2780 dəfə oxunub

Müəllifin son yazıları

# # #