Dostu Maykl Ceksonun sirrini açdı

Dostu Maykl Ceksonun sirrini açdı
30 iyul 2018
# 10:15

Maykl Ceksonunun xəstəliyinin sirri açıldı.

Dünya pop musiqisinin kralı Maykl Cekson vitiliqo (dəridəki piqmentasiya dəyişikliyi) adlı dəri xəstəliyindən əziyyət çəkirmiş.

Bu barədə müğənninin yaxın dostu, rejissor Şeron Karpenter açıqlama verib.

Onun sözlərinə görə pop kralı ötən əsrin 80-ci illərindən vitiliqo xəstəliyinə yoluxduğundan dərisində ağ ləkələr əmələ gəlib. Müğənni bu səbəbdən dərisini dəyişdirmək məcburiyyətində qalıb. İnsanlar isə uzun illər elə hesab ediblər ki, Maykl Cekson ağ dərili olmaq üçün rəngini dəyişib.

Şeron Karpenter qeyd edib ki, pop kralının meyiti yarılan zaman onun xəstəliyi həkimlər tərəfindən təsdiq olunub.

# 1510 dəfə oxunub

Müəllifin son yazıları

# # #