Şeron Stoun ölümlə üz-üzə: "Sağ qalma şansım 5 faiz idi"

Şeron Stoun ölümlə üz-üzə: <span style="color:red;">"Sağ qalma şansım 5 faiz idi"
16 yanvar 2018
# 10:22

Aktrisa Şeron Stoun mətbuatdan gizlədiyi xəstəliyindən danışıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Şeron Stoun beyninə qan sızma diaqnozu ilə müalicə alıb.

CBS kanalına verdiyi müsahibədə aktrisa 2001-ci ildə insult keçirməsindən danışıb.

“Sağ qalma şansım 5 faiz idi. Daha sonra bu, mənim danışığıma, eşitməmə, gəzməyimə, yazmaq və oxumaq qabiliyyətimə təsir etdi. Mən bütün bunları yenidən öyrənməli oldum. Bütün həyatım məhv olmuşdu” – deyə 59 yaşlı Stoun şərh verib.

O həmkarlarına keçirdiyi xəstəlik haqda heç nə deməyib, “çünki sınmış insanlar heç kimə maraqlı deyil”. Aktrisa işə qayıtmaq istəyib, lakin özünü yaxşı hiss etməyib: “Mən bilirəm ki bu illər ərzində qəribə görünürdüm, amma nə baş verdiyini danışmaq istəmirdim, çünki Hollivud belə şeyləri bağışlamır”.

Şeron Stoun “Əsas instinkt”, “Kazino”, “Yağışda göz yaşları”, “Qan və qum”, “Hər şeyi xatırlamaq”, “Ölü və cəld”, “Pıçıltı” kimi filmlərdə oynayıb. “Kazino” filmindəki roluna görə, aktrisa “Oskar” və “Qızıl qlobus” mükafatına layiq görülüb.

# 1834 dəfə oxunub

Müəllifin son yazıları

# # #