Almaniyalı alim Tərcümə Mərkəzində

Almaniyalı alim Tərcümə Mərkəzində
5 oktyabr 2017
# 17:17

Oktyabrın 5-də Almaniyanın Vürtsburq Universitetinin professoru Ziklinde Hartman Tərcümə Mərkəzində olub.

Mərkəzdən Kulis.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan dilinə tərcümə və nəşr edilən Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass və digər tanınmış alman ədiblərinin əsərlərindən söz açılıb.

Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında sıx ədəbi körpülərin qurulması, Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində alman dilinə tərcümə edilmiş və xanım Ziklinde Hartmanın redaktoru olduğu “Azərbaycan hekayəsi” kitabının Frankfurt universitetlərinin kitabxanalarına yerləşdirilməsinə və təqdimatına dair məsələlər müzakirə olunub.

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan Haynrix Böllün “İki roman” kitabı hədiyyə edilib.

# 1180 dəfə oxunub

Müəllifin son yazıları

# # #