30 il əvvəl nəyə pul xərcləmirdik? - SİYAHI

30 il əvvəl nəyə pul xərcləmirdik? - <span style="color:red;">SİYAHI
4 oktyabr 2016
# 15:20

Kulis.az “30 il əvvəl nəyə pul xərcləmirdik?” adlı fotolenti təqdim edir.

Birinci İnternetdən başlayaq. 30 il əvvəl internətə pul xərcləmirdik.

Mobil telefon, kontur, internet paketi dərdimiz yox idi.

Kompüter və onun aksessuarları yoxuydu. Olmayan şeyə necə pul xərcləyəsən?

Heç kim kredit ödəmirdi. Çünki kredit verilmirdi. Bircə bank vardı, insanlar ora əmanət üçün pul qoyardılar.

Estetik əməliyyatların söhbəti belə yox idi.

Mayonezlə smetanın fərqini anlamaq üçün bizə illər gərəkliydi. Çünki smetan vardı, mayonez yox.

Pampers? Anaların işi çətin idi. Amma bu xərc yoxuydu.

O zamanın dönərləri peraşki idi, bublik idi, sosiska-çörək idi. Dönər çox uzaqlardaydı.

Belə şeylərə də pul xərcləmirdik.

Marketdən iri qablarda içməli su almırdıq. Market? Səhv oldu bu. Ərzaq mağazası. Ərzaq mağazasında su satılmırdı. Nə iri qabda, nə balaca. Qazlı su vardı, limonadlar, müxtəlif mineral sular vardı. Amma adi su yox idi.

Fitnes klubları filmlərdə görərdik.

Çox evdə iki, bəzi evlərdə üç kanal göstərirdi. Kabel televiziyası heç ağla da gəlmirdi.

Sevgililər günü də yoxuydu. 8 Mart hamısını əvəz edirdi.

“Skoç”ın icadından xəbərimiz yoxuydu.

Quru və nəm salfetləri heç televizorda da görməmişdik.

Oyun salonları da yoxuydu. Uşaqlar həyətdə futbol oynayırdılar.

Repetitor da demək olar ki, yoxuydu. Ehtiyac da...

Banan, qreypfrut, kivi, ananas-Nə qədər ekzotik!

Çipsi? Heç kim bu sözü bilməzdi belə...

Sulu qəlyanı Şərq filmlərində və romanlarda görərdik. Ölüb-getmiş bir vərdişiydi sadəcə...

# 1156 dəfə oxunub

Müəllifin son yazıları

# # #