ABŞ Markes haqqında gizli sənədləri açdı

ABŞ Markes haqqında gizli sənədləri açdı
9 sentyabr 2015
# 09:50

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Qabriel Qarsiya Markes haqqında olan dosyenin bir hissəsini açıqlayıb. Kulisin rus mətbuatına istinadən verdiyi məlumatına görə dosyenin 137 səhifəsi açıqlansa da qalan 133 hələ ki, gizli saxlanılır.

Əvvəllər belə sənədlərin olması haqqında məlumat yox idi. Markes hələ 1961-ci ildə nəzarət altına keçibmiş. 33 yaşlı yazıçı Prensa Latina adlı Kuba informasiya agentliyində çalışmaq üçün həyat yoldaşı və oğlu ilə birlikdə Nyu-Yorka gəlibmiş. FTB-nin dəqiq motivi hələ bəlli olmasa da, görünür Markesin Kubanın dövlət təşkilatlarından birinə işləməsi xüsusi xidmət orqanının diqqətini cəlb edibmiş. Yazıçının izlənilməsi o, 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alandan sonra da davam edib.

Nəşriyyatın bildirdiyinə görə maqik realizm ustasının dosyesində elə də maraqlı məlumat yoxdur.

# 1397 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #