Məşhur orqan ifaçısı Bakıda çıxış edəcək

Məşhur orqan ifaçısı Bakıda çıxış edəcək
24 oktyabr 2019
# 16:51

Oktyabrın 31-də Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke Bakıda çıxış edəcək.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində Kamera və Orqan Musiqi Zalında reallaşacaq orqan konserti Goethe-Zentrum Bakı və Yevangelist Lüteran Kilsəsinin təşkilatçılığı ilə reallaşacaq.

14 yaşından Kelheim şəhərində kilsə və trombon xorunun rəhbərliyini öz üzərinə götürən Matthias Hanke orqan musiqisi sahəsində çalışır. Orta məktəbi bitirməmiş orqan ifası ixtisasından D və C imtahanını verən Matthias Hanke, Bayroyt və Münxendə musiqi pedaqogikası və kilsə musiqisi üzrə təhsilini bitirdikdən sonra, Münxendə yerləşən korlar üçün Bavariya Dövlət Məktəbində peşəkar musiqi təhsili üzrə rəhbər seçilib.

O, 2016-cı il aprelin 1-də Vürtemberq Yevangelist Regional Kilsəsində musiqi rəhbəri vəzifəsinin icrasına başlayıb.

M.Hanke öz ansamblı ilə mütəmadi olaraq Braziliya, Cənubi Afrika, İtaliya, Polşa, Çexiya, Fransa, İspaniya, Latviya, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edir. /azertag.az/

# 2359 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #