Oxucular üçün yeni kitab ünvanı - Fotolar

Oxucular üçün yeni kitab ünvanı - <span style="color:red;">Fotolar
28 sentyabr 2019
# 10:33

Sentyabrın 27-də Bakının Yasamal rayonu ərazisində "Azərkitab" kitab mərkəzinin açılış mərasimi keçirildi.

Kulis.az xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi Sabir Həsənov yeni kitab mərkəzinin fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, bu layihənin reallaşdırılmasında məqsəd kitabla, əvvəllər olduğu kimi, ünsiyyəti möhkəmləndirməkdir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yeni kitab mərkəzinin açılmasını əhəmiyyətli hal kimi qiymətləndirdi. Vurğuladı ki, son dövrlər ölkəmizdə kitaba artan maraq sayəsində yeni-yeni kitab mərkəzləri, mağazaları açılır.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yeni bir kitab məkanının açılması ilə bağlı paytaxtın mütaliə həvəskarlarını təbrik etdi. Bildirdi ki, son illər ölkəmizdə kitaba maraq xeyli artıb. Paytaxtımızda yeni kitab satışı ünvanlarının yaradılması bunun əsas göstəricilərindəndir.

Qeyd edək ki, üç mərtəbədən ibarət olan kitab mağazasında müxtəlif yaşda oxucular üçün rəngarəng mövzularda ədəbiyyatlar əldə etmək mümkündür.

# 2094 dəfə oxunub

Müəllifin son yazıları

# # #