#

Rejissor Harold Prins vəfat edib

Rejissor Harold Prins vəfat edib
1 avqust 2019
# 16:42

Brodvey Teatrının rejissor və prodüseri Harold Prins 91 yaşında vəfat edib.

Bu barədə məlumatı “Assoşieyted Press” agentliyi yayıb.

Agentliyin publisisti Rik Miramontesin məlumatına görə, rejissor qısa sürən xəstəlikdən sonra İslandiyanın Reykyavik şəhərində dünyasını dəyişib.

Harold Prins “Opera kabusu”, “Kabare”, “Vest Sayd əhvalatı” və “Suini Todd” kimi müzikllərə quruluş verib. O, 21 dəfə “Toni” mükafatının laureatı olub. /azertag.az/

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

# # #