Nabokovun tərcüməçisi vəfat etdi

Nabokovun tərcüməçisi vəfat etdi
27 fevral 2019
# 10:11

Nabokovun əsas tərcüməçilərindən biri vəfat edib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı tərcüməçi və ədəbiyyatşünas Qennadi Barabtarlo fevralın 24-də ABŞ-da dünyadan köçüb.

Tərcüməçinin ölüm səbəbi bilinmir.

Qennadi Barabtarlo 1949-cu ildə Moskvada doğulub. Lomonosov Universitetində filologiya fakültəsini bitirib. Ədəbi fəaliyyətlə məşğul olub. 1979-cu ildə Amerikaya köçüb.

O, Nabokovun demək olar, bütün ingiliscə yazdığı mətnləri ruscaya çevirib. Eyni zamanda Qennadi Nabokov haqqında çox sayda kitabın, esselərin müəllifidir.

# 1342 dəfə oxunub

Müəllifin son yazıları

# # #