"Titanik"in finalını dəyişiblər

"Titanik"in finalını dəyişiblər
4 dekabr 2017
# 10:52

Aktrisa Keyt Uinslet “Titanik” filminin finalını dəyişib.

Kulis.az rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, Stiven Kolberin proqramında baş verib. Kadrlar Youtube portalına yerləşdirilib.

2017-ci ildə “Titanik”in 20 illiyi qeyd olunur. Lakin bu günədək KİV-də və sosial şəbəkələrdə Cekin (Leonardo di Kaprio) niyə ölməsi müzakirə olunur, axı okeanın içində Rouzun (Uinslet) yapışdığı qapının üstündə hər iki nəfərə yer var idi.

Sonluğun yeni variantı Kolberin proqramında təqdim olunub. Qapı yerinə stoldan istifadə olunub, Cek rolunda isə teleaparıcı özü çıxış edib. Yeni versiyada Rouz sevgilisinə xilas olmaqda kömək edir.

# 951 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #