Pərvinin kitabı təqdim olunacaq

Pərvinin kitabı təqdim olunacaq
6 oktyabr 2017
# 15:10

Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında yazıçı Pərvinin “Səhnə” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, təqdimat mərasimində teatr xadimlərinin, yazıçıların, media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

“Səhnə” kitabında müəllifin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb.

Pərvin bu yazılarda həm tamaşaçı, həm tənqidçi, həm də dramaturq kimi görünür.

# 951 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #