Markesin külü vətəninə gətirildi

Markesin külü vətəninə gətirildi
23 may 2016
# 13:31

Qabriel Qarsiya Markesin külünün bir hissəsi Kolumbiyaya gətirilib. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə külün qalan hissəsi isə Meksikada qalıb.

Markes 2014-cü il aprelin 17-də 87 yaşında Meksikanın paytaxtı Mexikoda vəfat edib.

“Assoşieyted Press” agentliyinin verdiyi məlumata görə, Markesin külü onun hazırlanacaq büstünə yerləşdirilib.

Xatırladaq ki, Markes 1982-ci ildə Nobel mükafatına layiq görülüb. Magik realizminin nümayəndəsi Markes “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” kimi əsərləri ilə tanınır.

# 1158 dəfə oxunub

Müəllifin son yazıları

# # #