Kosmosa turist turları başlayır

<b>Kosmosa turist turları başlayır</b>
25 fevral 2019
# 17:01

Rusiya turistlər üçün kosmosa turlar təşkil edəcək.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, turistlər Yer ətrafında bir sutka uçuşda olacaqlar. “Soyuz” gəmisində həyata keçiriləcək uçuş kosmonavt Yuri Qaqarinin marşrutu üzrə baş tutacaq.

“Biz hazırlıq və uçuşun özü məsələsində sadə bir ssenari təklif edirik, Beynəlxalq kosmik stansiyanı ziyarət etmədən, yalnız “Soyuz” gəmisində Yer ətrafında sutkalıq uçuş düşünürük” deyə Roskosmosun rəhbəri Roqozin açıqlama verib.

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #