İyulun 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon mərkəzi kitabxanasında “Yay tətili kitablarla” adlı kitab sərgisi açılıb.
Tədbirdə sərgi, eləcə də kitabxananın fondunda olan uşaq ədəbiyyatı haqqında ətraflı məlumat verilib.
Oxuculara kitabın bəşər mədəniyyətinin böyük təzahürü, cəmiyyətin maddi və mənəvi həyatının tərkib hissəsi, siyasi-ideoloji mübarizə vasitəsi olduğu bildirilib.
- Məşhur azərbaycanlı gitaraçı konsert verəcək - Foto
- Ramiz Əzizbəylidən xəbər var
- "Biz İçərişəhər haqda rəy verə bilmərik" – Rəsmi
Vurğulanıb ki, insan üçün faydalı kitab maddi nemətlər istehsalını təkmilləşdirmək, cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmək, təbiətin sirlərini öyrənmək, habelə kosmik fəzanı fəth etmək, elm, sənaye və texnikanı durmadan yüksəltmək vasitəsidir.
Sonda uşaqlar kitabxanaya üzv olublar.