Səudiyyəli yazıçı həbs olundu

Səudiyyəli yazıçı həbs olundu
22 dekabr 2015
# 11:32

Siyasi islahatların aparılmasını tələb edən Səudiyyə Ərəbistanı yazıçısı Zuxayr Əl-Kutbi dörd il müddətinə azadlıqdan məhrum edilib.

Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə Əl-Kutbiya 15 il müddətinə yazıçılıqla məşğul olmaq qadağan edilib.

Beş il ərzində ölkəni tərk etmək qadağası ilə də üzləşən 62 yaşlı yazıçı üstəlik 26 min 600 dollar cərimə ödəyəcək.

Yazıçıya qarşı sürülən ittihamlar açıqlanmayıb.

Əl-Kutbi hələ iyul ayında televiziya verilişlərinin birində demişdi: ”Səuidiyə Ərəbistanında siyasi islahatlar keçirilməli, ölkədə konstitusiyalı monarxiya qurulmalı, siyasi və dini repressiyalara son qoyulmalıdır.”

Onun çıxışı sosial şəbəkələrdə əks-səda doğurmuş, yazıçı iyulun 15-də Məkkədəki evində həbs olunmuşdu.

# 1621 dəfə oxunub

Müəllifin son yazıları

# # #