Nəriman Qasımoğlu xurafatçıdır ETİRAZ

Nəriman Qasımoğlu xurafatçıdır <span style="color:red;">ETİRAZ
1 may 2015
# 15:18

AMEA-nın əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov tanınmış şərqşünas, Qurani-Kərimin tərcüməçisi Nəriman Qasımoğlunun Kulisə verdiyi müsahibədə uçan boşqablarla bağlı söylədiyi fikrə etiraz edib.

O, bildirib: “Maraqlıdır ki, Nəriman Qasımoğlu Quranda olan ayəni kosmosla, boşqabla əlaqələndirib. Uçan boşqablar haqqında məlumatları İslam dini qəbul etmir. İslam dininə görə uçan boşqab haqqında olan anlayışlar yanlış inanclardan qaynaqlanır. Təsəvvürdə elə inanclar var ki, şeyx xalçası ilə, yaxud da fövqəladə gücü ilə bir anlıq Məkkəyə gedib gəlir.” (analitik.az)

İlahiyyat üzrə fəlsəfə doktoru qeyd edib ki, bu cür inanclar İslamın sufilər qolunda mövcuddur. Ancaq əsl İslamda bu inanc xurafat hesab edilir. Çünki, heç bir şəxs fövqəladə gücə sahib deyil, hətta peyğəmbərlər belə: “Onlara sadəcə vəhy gəlir və Allahın kəlamlarını insanlara çatdırırlar. Nəriman Qasımoğlu bu fikri hansı ayədən əldə edib? Quranda 114 surə var. Təqribən 6666 və ya daha az və çox ayələr var. Ancaq Quranda uçan boşqab haqqında heç bir qeyd yoxdur. Çünki yuxarıda da qeyd etdiyimiz kimi bu cür batil inanclar ancaq yanlış xurafatlardan qaynaqlanıb.”

Ə. Həsənov qeyd edib ki, Quranda elə bir ayə yoxdur. Əgər Quranda, yaxud da bu dünyada uçan boşqab olsaydı bunu mütləq peyğəmbərimiz xəbər verər, başqa planetlərdə olan varlıqlar haqqında bizə bildirərdi: “Ən azından bu barədə İslam alimləri danışardılar. Bu səbəbdən uçan boşqab haqqında olan təsəvvürlər müəyyən yanlış inanclara dayanan təsəvvürlərdir. Bəli, psixoloji xəstəlik zamanı insanın gözünə cin görünə bilər, qeyri-adi məxluqlar görünə bilər, qeybdən müxtəlif səslər eşidə bilər, bütün bunlar da cinlərdir. Cinlər haqqında da xüsusi Quran surəsi, Cin surəsi var. Nə Qurani-Kərimdə, nə də hədislərdə, həmçinin alimlərin icmalında uçan boşqab anlayışı mövcud deyil.”

# 1848 dəfə oxunub

Müəllifin son yazıları

# # #