Murad Köhnəqala həbs olundu

Murad Köhnəqala həbs olundu
12 iyun 2019
# 16:00

Tanınmış yazıçı Murad Köhnəqala həbs olunub.

Həyat yoldaşı Şəlalə Göytürkün Kulis.az-a açıqlamaya görə, Tovuz Rayon Məhkəməsi şair Murad Köhnəqaladan 12 min manat aliment tələb edib:

“Muradı bu gün məhkəməyə çağırıblar. Keçmiş həyat yoldaşı və qızının dediyinə görə, aliment yığılıb 12 min manata çatıb. Tələb olunub ki, pulu yerindəcə ödəsin. Murad isə deyib ki, mən işsizəm, körpə uşağa baxıram. Əlimdəki torpağı və evi keçmiş həyat yoldaşıma vermişəm. Həmçinin rəsmi və qeyri-rəsmi pul ödənişləri edib. Murad alimentlərin çekini də məhkəməyə təqdim edib. Məhkəmə bütün bunları, Muradın sosial vəziyyətini nəzərə almadan iki qadının sözünə görə ona həbs cəzası verib. Muradın keçmiş həyat yoldaşı mənə elə gəlir ki, qisas almaq üçün bu addımı atıb. Murad mənə zəng edib dedi ki, maşına mindirib aparırlar, amma hara aparacaqlarını deməyiblər. 15 sutka həbs cəzası verilib.”

# 2988 dəfə oxunub

Müəllifin son yazıları

# # #