20 Yanvara aid sərgi olacaq

20 Yanvara aid sərgi olacaq
11 yanvar 2018
# 09:52

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

“15 yaşadək uşaq və yeniyetmələr arasında keçirilən müsabiqə xalqımızın azadlıq mübarizəsi və qan yaddaşı olan 20 Yanvar hadisələrini bir daha xatırlamaq məqsədi daşıyır. Müsabiqəyə 300-ə yaxın uşaq 400-dən çox əsəri ilə qatılıb. Yanvarın 18-nə nəzərdə tutulan müsabiqənin yekun sərgisində 110 fırça ustasının 120-dək sənət əsəri nümayiş ediləcək”, - deyə Z.Əvəzov söyləyib. /azertag.az/

# 2871 dəfə oxunub

Müəllifin son yazıları

# # #