Dünyanın ən bahalı fotoları

Dünyanın ən bahalı fotoları
4 fevral 2016
# 16:05

Kulis dünyanın ən bahalı fotolarını təqdim edir.

1) Avstraliya fotoqrafı Piter Likin “Fantom” fotosu rekord qiymətə satılıb. Keçən il şəxsi kolleksioner adı çəkilən fotonu 6.5 milyon dollara alıb.

2) Alman foto-rəssamı Andreas Qurskinin ən bahalı fotolardan hesab olunan “II Reyn” fotosu 2011-ci ildə 4 338 500 dollara satılıb.

3) Amerika foto-rəssamı Sindi Şermanın “Adsız 96” fotosu 2011-ci ildə 3 890 500 dollara satılıb.

4) Şermanın daha bir fotosu da (“Adsız 93”) ən bahalılar siyahısına düşüb. 2014-cü ildə Sotbis auksionunda 3 861 000 dollara satılıb.

5) Kanada fotoqrafı Ceffa Uollanın “Ölü müharibə danışır” fotosu 1992-ci ildə Əfqanıstan müharibəsi sırasında çəkilib. 3 665 500 dollara satılıb.

6) Riçard Prins məşhur amerikan rəssamıdır. 2000-2001-ci ildə çəkdiyi “Adsız (Kovboy)” fotosu ona 3 401 000 dollar gətirib.

7) Fotoqraf Andreas Qurskinin daha bir fotosu (“II 99 sent”) 2007-ci ildə 3 346 456 dollara satılıb.

8) Andreas Qurskidən daha bir foto. 1998-ci ildə çəkilən foto Los-Angelesin gecə mənzərəsidir. Foto 2008-ci ildə 2 941 755 dollara satılıb.

9) Rəssam-impressionist Edvard Stayhen XX əsrin birinci yarısında yaradıcılığa başlayıb. Onun ən məşhur foto işi “Ay işığında göl” adlanır. Foto 2008-ci ildə 2 928 000 dollara satılıb.

10) Billi Kiddin adı bilinməyən fotosu 2 300 000 dollara qiymətləndirilib. 21 adamı öldürdüyünə görə ittiham olunan Billi Kidin bu fotosu yeganə işi olduğu üçün unikal hesab olunur. Foto 2011-ci ildə satılıb.

# 1195 dəfə oxunub

Müəllifin son yazıları

# # #