Aşıq Şəmşirdən gözəl bir sevgi şeiri

Aşıq Şəmşirdən gözəl bir sevgi şeiri
27 oktyabr 2019
# 13:44

Kulis.az “Bazar oxusu” layihəsindən Aşıq Şəmşirin “Kimi” rədifli qoşmasını təqdim edir.

Atəşində qovrulaydım, yanaydım,
Pərvanə şamlara qalanan kimi.
Bələnəydim ağ sinənin tərinə,
Bənövşə şehlərə bələnən kimi.

Mümkün ola qulluğunda qalardım
Müşkü-ənbər gül ətrini alardım
Yanağını, dodağını yalardım
Arı şan üstündə yalanan kimi

Şəmşiri gəl qoyma gözləri yaşlı
Ürəyi qüssəli qəlbi təlaşlı
Dolanım başına ay qələm qaşlı
Xəstə pir başına dolanana kimi

# 3923 dəfə oxunub

Müəllifin son yazıları

# # #