Küçük İsgəndər vəfat etdi

Küçük İsgəndər vəfat etdi
3 iyul 2019
# 09:50

Məşhur türk şairi Küçük İsgəndər xərçəngdən dünyasını dəyişdi.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, 55 yaşlı şairin ötən il xərçəng xəstəsi olduğu üzə çıxıb. Bir illik müalicə nəticəsiz qalıb və o, yaşadığı Bodrumda vəfat edib.

1964-cü ildə İstanbulda anadan olmuş şairin şeirləri Türkiyənin bir çox məşhur qəzet və jurnalında çap edilib. Daha sonra bir neçə kitabı nəşr olunan “Küçük İsgəndər” Türkiyə ilə yanaşı, Kanada, İtaliya, Almaniya və digər ölkələrdə mükafatlara layiq görülüb.

# 2093 dəfə oxunub

Müəllifin son yazıları

# # #