Oğlu Fuad Poladovun səhhətindən danışdı: "Gələn zəngləri açmır"

<b>Oğlu Fuad Poladovun səhhətindən danışdı: <span style="color:red;">"Gələn zəngləri açmır" </b>
2 aprel 2018
# 14:38

“Fuad Poladov müalicəsini davam etdirir, vəziyyətində hansısa irəliləyiş yoxdur.” Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov söyləyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti stabildir:

“Müalicəsini burada alır. Gələn zəngləri açmır, çünki özü kimsəylə danışmaq istəmir. Xahiş edirəm, anlayışla qarşılayasınız”, - o, daha sonra əlavə edib.

Xatırladaq ki, aktyor Fuad Poladov xeyli müddətdir ki, xəstəliklə mübarizə aparır.

# 1452 dəfə oxunub

Müəllifin son yazıları

# # #