Vaqif Bayatlıdan xəbər var

Vaqif Bayatlıdan xəbər var
9 yanvar 2017
# 16:42

Tanınmış şair Vaqif Bayatlının səhhətində irəliləyiş müşahidə olunur.

Bu barədə Kulis.Aza şairin həyat yoldaşı Tamam Bayatlı məlumat verib.

O, bildirib ki, Vaqif müəllim bir neçə ay öncəyə nisbətən özünü yaxşı hiss edir. O, fevral ayında müalicənin nəticələrinin dəqiq yoxlanması üçün Türkiyəyə gedəcək: “İrəliləyiş kifayət həddədirsə, ürəyindəki əməliyyatı edəcəklər, deyilsə, yenə də gözləməyə məcburuq.”

Tamam xanımın sözlərinə görə, V.Bayatlının səhhəti yaxşı olsa, bu il yeni şeirlərindən ibarət kitabı buraxılacaq.

Xatırladaq ki, Vaqif Bayatlı ötən ilin avqustunda ürək və beyin əməliyyatı üçün Türkiyənin Memorial xəstəxanasına getmişdi, ancaq son anda həkimlər onun əməliyyat olunmasını məsləhət bilməmişdilər, bir müddət müalicə alıb Bakıya qayıtmışdı.

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #