Tələbələrin Qoqol imtahanı FOTO

Tələbələrin Qoqol imtahanı FOTO
20 may 2015
# 15:09

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında “Evlənmə” tamaşası nümayiş olunub. Kulisin məlumatına görə Nikolay Qoqolun eyniadlı pyesi əsasında hazırlanmış “Evlənmə” tamaşası ADMİU-nun IV kurs “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə təhsil alan tələbələrin diplom işidir.

Tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, kursun rəhbəri Gülşad Baxşıyevadır. Tamaşada ADMİU-nun “Aktyor sənəti” fakültəsinin 4-cü kurs tələbələri Şəbnəm Əliyeva (Aqafya Tixonovna), Ayşən Mirzəyeva (Fyokla İvanovna), Könül Əbilova, (Arina Panteleymonovna), Əbdül Məcidli (İvan Kuzmiç Podkolyosin), Ayaz Məmmədov (İlya Fomiç Koçkaryov), Elməddin Məmmədov (İvan Pavloviç Yaiçnitsa), Məhəmməd Abdullazadə (Nikanor İvanoviç Anuçkin), Elmir Yusifli (Baltazar Baltazaroviç Jevakin), Dunyaşa (Nərgiz Cəbiyeva) və Seymur İkramlı (Stepan) çıxış ediblər.

# 1250 dəfə oxunub

Müəllifin son yazıları

# # #