AYO-ya yeni sədr seçildi

AYO-ya yeni sədr seçildi
8 yanvar 2018
# 10:59

Yanvarın 7-də Azad Yazarlar Ocağı İdarə Heyətinin toplantısı keçirilib. Kulis.azın məlumatına görə Yalçın İslamzadə təşkilatın rəhbəri seçilib.

2001-ci ilin may ayında təsis olunan AYO (Azad Yazarlar Ocağı) 17 ilə yaxındır öz varlığını davam etdirir, öz sıralarında 20-dən artıq yeni dünyagörüşlü yazarı birləşdirir.

Qurumun rəsmi orqanı olan “Alatoran” jurnalının 18 sayı işıq üzü görüb, alatoran.org və literaz.com saytları fəaliyyət göstərir.

Bu illər ərzində AYO-ya Rasim Qaraca, Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud, Namiq Şaman, Fərican Yarən, Fərhad Yalquzaq rəhbərlik etmişlər.

Nizamnaməyə görə sədrlər 1 il müddətinə seçilir. Yeni seçilmiş sədr Yalçın İslamzadə AYO-nun fəaliyyətini canlandırmaqda, “Alatoran” jurnalının nəşrini bərpa etməkdə, yeni üzvlərin AYO sıralarına qəbulunda qərarlıdır.

Bugünkü toplantıda Cavid Ramazanlı AYO sıralarına qəbul edilib.

# 971 dəfə oxunub

Müəllifin son yazıları

# # #