Hindistanda pornoqrafiya qadağası

Hindistanda pornoqrafiya qadağası
25 aprel 2018
# 11:32

Hindistanın Madxya Pradeş ştatının daxili işlər naziri Bxupnedra Sinqx regionda pornoqrafik məzmunlu internet resurslarına girişi qadağan etməyi təklif edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, nazir cinayətlərin artmasını pornoqrafiyanın yayılması ilə əlaqələndirib.

Bu bəyanatı nazir İndaur şəhərində səkkizaylıq uşağın zorlanıb öldürülməsindən sonra verib. Qeyri-rəsmi məlumatlara görə, ştatda artıq 25 pornosayta giriş bloklanıb.

“Nazirliyin araşdırmalarına görə, pornoqrafiya uşaqlara neqativ təsir göstərir, axı balaca uşaqlar da bu saytlara daxil ola bilərlər. zorlama və seksual təcavüzlər bu saytlara girişin nəticəsidir” – deyə Sinqk jurnalistlərə deyib.

2015-ci ildə Hindistanda 857 pornoqrafik məzmunlu sayt bloklanıb. Daha sonra parlament ictimaiyyətin təzyiqi ilə bu siyahı ixtisar olunaraq, yalnız uşaq pornosu olan saytlar saxlanıldı.

# 1362 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #