Məşhurlar Barbi kuklalarına çevrildilər - Fotolar

Məşhurlar Barbi kuklalarına çevrildilər - Fotolar
16 iyul 2019
# 15:37

Mattel şirkəti artıq ötən ildən qeyri-adi Barbi kuklası istehsalı ilə məşğuldur. Şirkət daha əvvəl də müxtəlif peşələri vurğulayan müxtəlif fiquralı, müxtəlif dəri dəngində olan kuklalar təqdim edirdi. Ötən ildən isə Barbi istehsalçıları məşhur qadınların kukla obrazını hazırlamağa başlayıb. Yeni seriya “İlham verən qadınlar” adlanır və bu seriyaya 17 kukla aiddir. Mattelçilər yeni Barbilərin qız uşaqları üçün ilham mənbəyi olacağına inanırlar.

Kulis.az həmin Barbi kuklalarının fotolarını təqdim edir.

1. İlk obraz Meksika rəssamı Frida Kalodur. Istehsalçılar onun qaşlarını vurğulamağı unutmayıblar.

2. Bu kukla isə Ameli Ertxarta – Atlantik okeanını uçaraq keçmiş ilk pilot qadındır.

3. Üçüncü Barbinin prototipi Ketrin Consondur. O, NASA kosmik proqramında işləyən ilk qaradərili riyaziyyatçıardandır. Həmçinin Conson ilk amerika astronavtlarının kosmosa buraxılmasınmda iştirak edib.

4. Bu Barbi isə olimpiya çempionu Xloi Kimi obrazlaşdırıb.

5. “Möcüzə qadınlar” filminin rejissoru Patti Cekkinsin kuklası.

6. Aktrisa Emmi Rosum

7. Vəhşi təbiəti qoruyucusu Bindi İrvin

8. Daha bir obraz amerikalı aşpaz Ellen Darrozdur.

9. Balerina Misti Kouplend

10. Qadın boksçu Nikola Adams

11. Qılınc oynatma üzrə çempion İbtihac Muhammed.

12. Dizayner Leyla Piyadaye.

13. Qadın Astronavt Samanta Kristoferetti.

14. Jurnalist Martin Voytsexovskaya.

# 3113 dəfə oxunub

Müəllifin son yazıları

# # #