Kann festivalında nələr olur? - Fotolar

Kann festivalında nələr olur? - <span style="color:red;">Fotolar
16 may 2019
# 12:02

Kulis.az iki gün əvvəl öz işinə başlamış 72-ci Kann festivalı haqda şərhləri ümumiləşdirib.

Cim Carmuşun “Ölülər ölmürlər” filmi ilə açılan festivalın ilk xəbəri qırmızı xalça üzərindən keçən məşhurların fotoları olub. Açılış törəninə modellərin dəvət olunması artıq dəb halına gəlib və festivalın bir hissəsi kimi qəbul olunub.

Qırmızı xalça üzərində dayanıb pozalar verən məşhurlar geyim zövqünə görə tərif ya da tənqid olunur. Bunun festivala dəbdəbə və təmtəraq qatdığını düşünürlər.

Ötən ildə festivaldakı dress koda qarşı etirazçı geyimlərdən fərqli olaraq bu il qırmızı xalçanın üzərində hansısa bunt geyim görmək mümkün olmayıb.

Bu ilki açılış mərasimində adətən isti olan Kanna açıq geyimlər seçən ulduzlar azca məyus olublar. Havanın sərin olması onlara qırmızı xalça üzərində poza verməyə imkan verməyib.

Açılışda göstərilən “Ölülər ölmürlər” fiolmində oynayan aktrisa Selena Homes də onlardandır.

Aktyor Xavyer Bardem və aktrisa Şarlotta Giznburq müsabiqə proqramında iştirak etməsələr də festivalın açıldığını elan etmək şərəfinə nail olublar.

Münsiflər heyətinin ən gənc üzvü 21 yaşlı amerikalı aktrisa El Fanninq öz klassik geyimi ilə diqqət çəkib.

Musiqi ifası ilə müşaiyət olunan açılışda bu yaxınlarda dünyadan getmiş rejissor Anyes Vardanın xatirəsi anılıb. Səhnədə rejissorun boş stulu diqqət çəkib. Xatırladaq ki, Kann bu ilki festivalın posterində də Anyes Vardanın fotosunu seçib.

Jürinin sədri Alexandro İnyarittunun nitqi öz uzunluğu ilə yadda qalıb.

Açılışda təqdim olunan “Ölülər ölmürlər” zombi komediyasını tənqidçilər rejisorun ən şən və ən kommersiya filmi kimi dəyərləndiriblər. Lakin bu filmin dinamik, gülməli, olması anlamına gəlmir. əksinə, bir neçə tənqidçi olduqca çevik süjet xətti olan filmdə Carmuşun özünəxas melonxolik ritmə sadiq qaldığını yazır və bu da janra görə həvəslənmiş tamaşaçıya darıxdırıcı gəlir. “Bu o tip filmlərdəndir ki, süjeti danışanda daha maraqlıdır, nəinki baxanda” – deyə tənqidçilərdən biri rəy bildirib.

“Canlı ölülər haqda olan bütün filmlər kimi Carmuşun bu filmi də dünyanın vəziyyəti haqqında meditasiyadır. Carmuş filmin ideyasını qəfil küçəyə baxanda tapıb: hər kəs zombi kimi telefondan başını qaldırmadan hərəkət edir. Onun kədərli Horroru məişətin avtomatizasiyası, əşyalara bağlılıq və vərdişlərə qul kimi xidmət etmək haqqındadır. Bununla belə, “Ölülər ölmürlər” filmi özü də zombi-filmə oxşayır: o cızılmış, sıradan traektoriya ilə gedir və divara dəyir; onun standartdan kənar dönüş etməyə gücü yoxdur” deyə başqa bir rus kinoşünas Anton Dolin yazır.

Festvalın gözlənilən premyeralarından Biri də Pedro Almadovarın “Ağrı və şöhrət” filmidir. Treylerə inansaq Almadovarın bu 21-ci filmi avtobioqrafikdir.

Dardenn qardaşlarının “Gənc Əhməd” filmi də mövzusuna görə gözlənilən filmlərdəndir. Filmdə Qurani Kərimin ekstremist interpretasiyasını oxuduqdan sonra müəllimini öldürmək fikri ilə yaşayan belçikalı yeniyetmədən bəhs olunur.

# 2490 dəfə oxunub

Müəllifin son yazıları

# # #