Xalq yazıçısı Əli Vəliyev həsr olunmuş sərgi istifadəçilərə təqdim olundu

Xalq yazıçısı Əli Vəliyev həsr olunmuş sərgi istifadəçilərə təqdim olundu
27 fevral 2026
# 12:10

XX əsr Azərbaycan nəsrinin inkişafında, ədəbi dilimizin zənginləşməsində özünəməxsus imzası olan, Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 125 illiyi münasibətilə Milli Kitabxanada “Görkəmli ədib, Xalq yazıçısı Əli Vəliyev” adlı virtual və “Xalq yazıçısı Əli Vəliyev – 125” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgilərdə yazıçının hekayələri, povestləri, romanları, oçerkləri, felyetonları, nağıl və əfsanələri, redaktor olduğu və “Ön söz” yazdığı kitablar, həyatı, yaradıcılığı və görkəmli şəxsiyyətlərin onun haqqında xoş xatirələrindən bəhs edən ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eli_Veliyev/index.htm linkindən istifadə edə bilərlər.

# 71 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər