Xalq yazıçısı Anar Türk Dil Qurumunun Türk Dünyası Ədəbiyyat Mükafatını qazandı.
Kulis.az xəbər verir ki, mükafat, həmçinin Qazaxıstandan Dauren Kuatova, Qırğızıstandan Topçugül Şaydullayevə, Şimali Kipr Türk Respublikasından Osman Güvenirə, Özbəkistandan Nazar Eşankulova və Türkmənistandan Dövlətgəldi Annamıradova da təqdim edilib.
Qeyd edək ki, Türk Dil Qurumu böyük türk mütəfəkkiri İsmayıl Qaspıralının “Dildə, Fikirdə və İşdə Birlik” idealı ətrafında türk dilini qorumaq, inkişaf etdirmək və yaymaq məqsədilə türk dili ilə bağlı araşdırmalarını davam etdirir. “Ortaq türk əlifbası”nın inkişaf etdirilməsi, türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətində çoxşaxəli işlər həyata keçirən Türk Dil Qurumu türk dünyasının ortaq əlifbasının həyata keçirilməsi istiqamətində atılan tarixi addımlarda daim iştirak edib.